“Sabah” klubu monteneqrolu futbolçu ilə müqavilə bağlayıb

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA-nın məlumatına görə, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə birillik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan futbolçu karyerası ərzində “Rad” (Serbiya), “Zeta” (Monteneqro), “Radniçki” (Serbiya), ÇSKA (Sofiya, Bolqarıstan), “Unirea Alba Yulia” (Rumıniya), “Aberdin” (Şotlandiya), “Yavor” (Serbiya), “Şturm” (Avstriya), “Osasuna” (İspaniya), BSU (Çin) və “Lex” (Polşa) klublarında çıxış edib.

Müdafiəçinin sonuncu komandası Sloveniya “Domjale”si olub.

Bütün xəbərlər Facebook səhifəmizdə