Türkiyə Super Liqasını tərk edəcəyi dəqiqləşən ilk komanda bəlli olub
Futbol üzrə Türkiyə Super Liqasında 2019/20 mövsümünün başa çatmasına bir tur qalmış elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda bəlli olub.
SİA xəbər verir ki, 18 komanda arasında sonuncu pillədə qərarlaşmış “Ankaragücü” 1-ci liqaya düşüb.
Buna sözügedən komandanın 33-cü turda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyəti səbəb olub. Hesabında 29 xalı olan bu komandanın sonuncu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib.
“Ankaragücü” iki mövsüm idi ki, Super Liqada mübarizə aparırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB