Mourinyo “Arsenal” üzərindəki qələbənin sevincini sevgilisi ilə birlikdə qeyd edib

Mourinyo “Arsenal” üzərindəki qələbənin sevincini sevgilisi ilə birlikdə qeyd edib

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo iyulun 12-də “Arsenal” üzərindəki qələbəni sevgilisi Pryu Karter-Robunsonla keçirib.

SİA “The Sun”a istinadən xəbər verir ki, matçdan dərhal sonra portuqaliyalı mütəxəssis qadının evinə gedib. Onun əynində matç zamanı geyindiyi paltar olub. Joze evə “Audi 4x4” maşını ilə gəlib. Onun qolundakı qiymətli saat diqqət çəkib.

Qeyd edək ki, bu ikili hələ Joze “Real”da işləyərkən tanış olub. Onlara ötən il Qətərdə çimərlikdə dincələrkən rast gəlinib. Britaniya KİV-ləri bu ikilin sevgi romanı yaşadığını bildirir.

Mourinyo 30 ildir Matilda Mourinyo ilə evlidir. Onları iki böyük övladı var. Bildirilir ki, Joze 2016-cı ildə “Mançester Yunayted”ə baş məşqçi təyin edildikdən sonra onunla həyat yoldaşı arasında problemlər yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə