"Barselona"nın kapitanı Lionel Messidən daha bir tarixi rekord

"Barselona"nın kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb.

SİA xəbər verir ki, argentinalı superulduz La Liqanın XXXVI turunda "Valyadolid"lə səfər qarşılaşmasında bunu bacarıb.

Hazırda davam edən görüşün 15-ci dəqiqəsində Arturo Vidalın vurduğu qolun məhsuldar ötürməsini verən 33 yaşlı oyunçu cari mövsüm assist sayını 20-yə çatdırıb. Onun aktivində həmçinin 22 qol var. Bununla Messi La Liqa tarixində bir mövsümdə 20 qol və 20 assist həddinə çatan ilk futbolçu olub.

Qeyd edək ki, hazırda davam edən "Valyadolid" - "Barselona" qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə