Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama vaxtı müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama vaxtı müəyyənləşib.

Bu barədə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bildirib. Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA-nın prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib.

Sadıqov bu gündən avrokuboklarda iştirak edəcək klublar üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazənin alındığını da əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...