Tokio Olimpiadasındakı yarışlara bilet almış azarkeşlər pullarını geri ala biləcəklər

Tokio Olimpiadasında yarışlara bilet almış azarkeşlər Oyunların 2021-ci ilə köçürülməsi ilə əlaqədar olaraq pulları geri ala biləcəklər.

SİA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib. Qərar Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Olimpiada 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan yarışın 2021-ci il 23 iyul-8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılıb. Tarixin dəyişdirilməsinə baxmayaraq “Tokio-2020” adı qorunub saxlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə