"Arsenal"dan darmadağın, "Lester" və "Çelsi"dən məğlubiyyət

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Son turda “Mançester Siti”ni məğlub edən “Çelsi”, bu dəfə “Vest Hem” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Arsenal” doğma meydanda “Norviç”ə böyük hesabla qalib gəlibsə, “Nyukasl” “Bornmut”u səfərdə darmadağın edib. “Lester” də “Everton”la qarşılaşmadan məğlub ayrılıb.

İngiltərə Premyer Liqası

32-ci tur

1 iyul

Arsenal – Norviç 4:0

Qol: Obameyanq, 33; 67. Caka, 37. Soares, 81.

Bornmut – Nyukasl 1:4

Qol: Qoslinq, 90+4 – Qayle, 5. Lonqstaff, 30. Almiron, 57. Lazaro, 77.

Everton – Lester 2:1

Qol: Riçarlison, 10. Siqurdsson, 16-pen – İheanaço, 51.

Vest Hem – Çelsi 3:2

Qol: Souçek, 45+2. Antonio, 51. Yarmolenko, 89 – Villian, 42-pen; 72.

27 iyun

Aston Villa – Vulverhempton 0:1

Qol: Dendonker, 62.

28 iyun

Uotford – Sauthempton 1:3

Qol: Bednarek, 79-öz qapısına – İnqs, 16; 70. Uard-Prouz, 82.

29 iyun

Kristal Pelas – Bernli 0:1

Qol: Mi, 62.

30 iyun

Brayton – Mançester Yunayted 0:3

Qol: Qrinvud, 16. B.Fernandes, 29; 50.

2 iyul

21:00 Şeffild Yunayted – Tottenhem

23:15 Mançester Siti – Liverpul

Bütün xəbərlər Facebook səhifəmizdə