“Arsenal” klubu futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb
Londonun “Arsenal” klubu “Şeffild Yunayted” komandasını məğlub edərək futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb.
SİA xəbər verir ki, Şeffilddə keçirilən oyun londonluların 2:1 hesabı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qol əsas vaxta əlavə edilmiş dəqiqələrdə (90+1) vurulub.
“Arsenal”ın yarımfinaldakı rəqibi bir qədər sonra püşkatma nəticəsində müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB