"Liverpul" Timo Vernerlə 5 illik müqavilə imzalayacaq

İngiltərənin "Liverpul" klubu almaniyalı hücumçu Timo Vernerin keçidini yaxın günlərdə rəsmiləşdirəcək. SİA xəbər verir ki, Premyer Liqa təmsilçisi forvardla 5 illik müqavilə imzalayacaq. 24 yaşlı futbolçu yeni klubunda ilə 10 milyon avro qazanacaq. Almaniyanın "Leypsiq" klubunda çıxış edən Verner Premyer Liqada oynamaq istəyindədir. O, "Liverpul"un baş məşqçisi Yurgen Kloppla da bu barədə danışıb. Qeyd edək ki, Timo cari mövsüm Bundesliqada keçirdiyi 28 matçda 24 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə