“Roma” Moyze Kini transfer etmək istəyir

İtaliyanın "Roma" klubu Moyze Kini heyətinə qatmaqla bağlı danışıqlara start verib.

SİA-nın məlumatına görə, paytaxt təmsilçisi İngiltərənin "Everton" klubuna məxsus hücumçunu yay fasiləsində transfer etmək istəyir.

A seriyası klubu mersisaydlılara 20 yaşlı futbolçunun bir illik icarəsi üçün 2 milyon avro təklif edir. Təklifə əsasən, icarə müqaviləsində futbolçunu sonradan 22 milyona almaq hüququ da əksini tapacaq. İngiltərə klubu isə hələlik bu şərtlə razı deyil. "Everton" Kini satmaqda israrlıdır.

Qeyd edək ki, italiyalının Liverpul təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...