Daha iki turnir təxirə salınıb

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb. SİA-nın məlumatına görə, İcraiyyə Komitəsinin qərarı ilə 2021-ci ildə keçirilməsi planlaşdırılan yeniyetmələr arasında idman və bədii gimnastika üzrə dünya çempionatlarının vaxtı dəyişdirilib. Təşkilatçılar bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına görə veriblər.

Qeyd edək ki, hər iki dünya çempionatı 2023-cü ildə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə