Azərbaycan Premyer Liqasına qoyulmuş qadağa götürülmədi

Azərbaycan Premyer Liqasına qoyulmuş qadağa götürülmədi

Azərbaycanda xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb. SİA-ya Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, idman zallarının fəaliyyətinin, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarı dəyişdirilməyib.

Bu isə o deməkdir ki, Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq.

Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə