İngiltərənin "Liverpul" futbol klubu özünə yeni qapıçı tapıb. Siasport.az saytı xəbər verir ki, ingilis klubu futbol üzrə İspaniya yığmasının qolkiperi olan Pepe Reynanın fəaliyyətindən razı deyil. İngiltərə mətbuatının xəbərinə görə, klub rəhbərliyi artıq ardıcıl olaraq 3-cü ildir ki, UEFA Çempionlar Liqasından kənarda qalan, ən əsası isə İngiltərə Premyer Liqasında olduqca zəif və aşağı səviyyədə çıxış edən komandanın bu vəziyyətə düşməsində, həm də qapıçı səhvlərinin böyük rol oynadığı qənaətindədir. P.Reyna ilə mövsümün sonunda yollarını ayırmağa hazırlaşan klub rəhbərliyi, onun yerinə gətirəcəyi qolkiperi də artıq müəyyənləşdirib. Bu, Fransanın "Lyon" klubunun çərçivə qoruyucusu Huğo Lorisdir. Fransa Çempionatında istedadlı qapıçılar sırasında adı çəkilən H.Loris, 22 dəfə futbol üzrə Fransa milli komandasının heyətində yaşıl meydanlara çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB