Koronavirusun epidemiyası var, olimpiya qadağamızı qaldırın - Rusiya

Rusiyanın idman naziri təklif edib ki, koronavirus epidemiyası səbəbindən hakimiyyət orqanlarının dopinq qadağasını unutmağın zamanıdır. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

İdman Arbitraj Məhkəməsinə çağırış edən Rusiyanın idman naziri səlahiyyətlilərdən "yeni bir səhifə açmalarını" istəyib. Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanı təkrar dopinq qalmaqalında iştirak etməkdə günahlandırıb və 4 il olimpiya oyunlarına qadağa qoyub.

Bundan əlavə, WADA, keçən il Moskvada edilən dopinq testlərinin nəticələrini Rusiya rəsmiləri tərəfindən manipulyasiya edildiyini açıqlayıb. Beynəlxalq İdman Arbitraj Məhkəməsi WADA-nın Rusiya ilə bağlı qərarına baxacaq. Lakin proses virusun yayılması ilə əlaqədar təxirə salınıb.

"Virus epidemiyası o deməkdir ki, məhkəmə prosesində olan tərəflər Rusiyaya qarşı qərardan çəkinməlidirlər." Rusiyalı nazir belə bir qərarın olimpiya ruhunu poza biləcəyini iddia edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə