Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. SİA-nın məlumatına görə, bu axşam baş tutan hər 2 oyun formal xarakter daşıması ilə diqqət çəkib.
Belə ki, öz meydanında "Tottenhem"i 4:0 hesabı ilə məğlub edən Madrid "Real"ı görüşə olduqca rahat çıxıb. Lakin "Tottenhem"in doğma azarkeşlər önündə "Real"ı məğlub etmək istəyi oyuna olan marağı az da olsa artırıb. "Tottenhem"in "Real"la oyunda möcüzə edə biləcəyi inandırıcı görünmürdü. Belə də olub, möcüzə reallaşmayıb. İspanlar Kriştianu Ronaldunun tək qolu ilə rəqib meydanından 1-0 hesablı qələbə ilə ayrılıb. "Real" bu oyunda yarımfinala vəsiqəni rəsmiləşdirməklə növbəti mərhələdə "Barselona"ya rəqib olub.
Günün digər qarşılaşması da, birinci kimi formal xarakter daşıyırdı. Səfərdə ÇL-in son qalibi "İnter"i 5:2 hesabı ilə məğlub edən "Şalke 04" klubu bu oyunun da favoriti sayılırdı. "İnter"in Almaniyada möcüzə yarada biləyəcəyinə çoxları inanmırdı. "Şalke 04" Raul, Benedikt Hövedesin qolları ilə qələbəni təmin edib. Qonaqların təsəlli qolunu isə Tiaqo Motta vurub. Beləliklə "İnter" üzərində 2-1 hesabı ilə qələbə qazanan "Şalke 04" yarımfinal mərhələsində İngiltərənin "Mançestüer Yunayted" klubu ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB