Qızlar arasında sərbəst güləş üzrə açıq Respublika birinciliyi keçirilib

Qızlar arasında sərbəst güləş üzrə açıq Respublika birinciliyi keçirilib

Aprelin 10-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmə və gənc qızlar arasında sərbəst güləş üzrə açıq Respublika birinciliyi keçirilib.

SİA-nın xəbərinə görə, Belarus və Ukrayna komandalarının da iştirak etdiyi yarışın məqsədi qadın sərbəst güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır.

Yeniyetmə qızların yarışında Sahilə Ələkbərova (38 kq), Türkan Nəsirova (40 kq), Qanna Pavliv (43 kq, Ukrayna), Raisa Varvarova (46 kq, Ukrayna), Tatyana Omelçenko (49 kq, Ukrayna), Tatyana Kravçenko (52 kq, Ukrayna), Anastasiya Kravçenko (56 kq, Ukrayna), Nadya Surmay (60 kq, Ukrayna) və Raqnetta Qurbanzadə (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənc qızların mübarizəsində isə Aydan Səfərli (48 kq), Kəmalə Əliyeva (55 kq), Yarina Dubrovskaya (59 kq), Yuliya Malik (63 kq, Ukrayna) və Mariya Mamuşik (72 kq, Belarus) turnirin qalibi adını qazanıblar.

Qaliblər Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə