Turun açılış oyununda "Beşiktaş" qalib gəlib

Turun açılış oyununda "Beşiktaş" qalib gəlib

Türkiyə Super Liqasında XXV tura start verilib.

SİA xəbər verir ki, açılış oyununda uğursuz mövsüm keçirən"Beşiktaş" "Vodafone Park"da autsayder "Ankaragücü"nü qəbul edib. Erkən qolla hesabı açan "ağ-qaralar" son dəqiqələrdə daha bir dəfə fərqlənərək, paytaxt təmsilçisi üzərində qələbə qazanıb. "Ankaragücü"nün yalnız son saniyələrdə təsəlli qoluna gücü çatıb.

Turun digər oyunları martın 7-9-da keçiriləcək.

Türkiyə Super Liqası
XXV tur

6 mart
"Beşiktaş" - "Ankaragücü" - 2:1
Burak Yılmaz, 6 (pen.); Lyayiç, 88 - İlhan Parlak, 90+3 (pen.)

Bütün xəbərlər Facebook səhifəmizdə