"Mançester Yunayted" Li Qrantla yeni müqavilə imzalayıb

"Mançester Yunayted" Li Qrantla yeni müqavilə imzalayıb

"Mançester Yunayted" qapıçısı Li Qrantla yeni müqavilə imzalayıb. Klubun saytında yer alan məlumatda deyilir ki, 37 yaşlı qolkiperlə müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna qədər uzadılıb. Qeyd edək ki, Qrant 2018-ci ilin iyulundan "qırmızı şeytanlar"ın şərəfini qoruyur. O, ilk dəfə ötən ilin noyabrında start heyətdə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə