Fransızlar “Baku Fires” komandası ilə qarşılaşacaq heyəti müəyyən ediblər

Fransızlar “Baku Fires” komandası ilə qarşılaşacaq heyəti müəyyən ediblər

Fransanın "Paris United" boks klubu world series boxing versiyası üzrə Azərbaycanın "Baku Fires" klubu ilə birinci yarımfinal döyüşündə görüşəcək idmançıları müəyyən edib.


SİA-nın xəbərinə görə, bizim boksçuların rəqibləri Giorgi Kilanava (54 kq), Əbdülqədir Çadi (61 kq), Stefan Kevas (73 kq), Lüdovik Qroq (85 kq) və Toni Yoka (91 kq-dan çox) olacaqlar.


Qeyd edək ki, bu komandaların ilk görüşü aprelin 9-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə