Gimnastımız beynəlxalq turnirdə gümüş medal qazanıb

Gimnastımız beynəlxalq turnirdə gümüş medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə “Gracia Cup” beynəlxalq turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə Bakı Gimnastika Məktəbinin gənc gimnastları çıxış ediblər. 2006-cı il təvəllüdlü gimnastımız Ayla Həsənli çoxnövçülük yarışlarında uğurla çıxış edərək gümüş medal qazanıb.

Məktəbin digər yetirmələri Şəfəq Əlizadə yarışı dördüncü, Ləman Mircavadova isə beşinci pillədə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə