Vilder-Furi revanşı: qazanılacaq məbləğ açıqlandı

WBC dünya çempionu Deontay Vilder titulunu britaniyalı Tayson Furi ilə döyüşdə qoruyacaq. SİA-nın ESPN-ə istinadən verdiyi xəbərə görə, Nevada Atletika Komissiyası bu döyüş üçün boksçuların gəlirini açıqlayıb. Vilder və Furinin rəsmi ödənişlərdə ən az 5 milyon dollar alacaqları məlum olub.

Qeyd olunur ki, Vilder və Furinin döyüşü daha 25 milyon dollar qazanmağı təmin edir. Üstəlik, pullu verilişlərdən əldə olunan gəlir məbləğə daxil edilmir.

Deontay Vilder və Tayson Furi arasındakı revanş döyüşü fevralın 22-si şənbə gecəsində Las Veqasda baş tutacaq.

Xatırladaq ki, Vilder və Furi arasında ilk döyüş 2018-ci ilin dekabrında heç-heçə ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə