Fitnes məşqçiləri əməkdaşlığa dəvət edilib AFFA

2019-cu ilin oktyabrından AFFA tərəfindən fiziki güc və kondisiya, həmçinin fiziki test layihələrinə start verilib. SİA-nın məlumatına görə, layihənin rəhbəri Belqrad Universitetinin idman və fiziki təhsil fakültəsinin biomexanika və motorik-kontrol üzrə professoru Vladimir Mrdakoviç və fitnes məşqçisi Zlatan Prokopiçdir.

Layihə çərçivəsində gənclərdən ibarət milli komandalar üçün məşqlər və fiziki testlər hazırlanıb. AFFA bu layihədə iştirak etmək istəyən fitnes məşqçilərini əməkdaşlığa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə