“Qəbələ” klubu yarımmüdafiəçini transfer edib

“Qəbələ” futbol klubu toqolu yarımmüdafiəçi Yaovi Akakponu heyətinə cəlb edib. SİA-nın məlumatına görə, 2019-cu ildə region təmsilçisinin düşərgəsində yoxlanışda olan futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayınadək region təmsilçisinin formasını geyinəcək.

Xatırladaq ki, 21 yaşlı futbolçu indiyədək vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə