"Borussiya" "Yuventus"dan icarəyə götürdüyü Emre Canı birdəfəlik transfer edib

"Borussiya" "Yuventus"dan icarəyə götürdüyü Emre Canı birdəfəlik transfer edib

"Borussiya" "Yuventus"dan yanvarda icarəyə götürdüyü Emre Canı birdəfəlik alıb.

SİA Dortmund təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilənin iyulun 1-i qüvvəyə minəcəyi bildirilib.

Bu transfer üçün Almaniya klubunun 25 milyon avro təzminat ödədiyi vurğulanıb.

Qeyd edək ki, E.Can "Borussiya"da 2 matçda 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə