Futbol üzrə qızlardan ibarət U-17 millimiz Bakıda hazırlıq keçir

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışında iştirak edir. SİA-nın məlumatına görə, millimiz fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

Hazırlıq prosesində Aytac Feyzullayeva (“Marxal”), Mədinə Gözəlova, Milana Rəhimova (hər ikisi 8-İOEUGİM), Samirə Aşırova (“Balxurma”), Fidan Cəfərova (“Marxal”), Rübabə Atakişizadə (8-İOEUGİM), Nahidə Məmmədova (“Marxal”), Yasmin Abdullayeva, Züleyxa Zamanlı (hər ikisi “Keşlə”), Fatimə Əhmədli (8-İOEUGİM), Aytac Mirzəyeva (“Amasiya”), Çinarə Mürsəlova (UGİM Naftalan), Fatimeyi Zəhra Hüseynli (“Balxurma”), İntizar Haqverdiyeva (“Amasiya”), Müjgan Seyidova (“Balxurma”), Aydan Həsənova (“Neftçi”), Aria Katerina Mure (“Amasiya”), Şəkər Piriyeva (“Gömrükçü”), Büşra Yabancı (“Gazientep Karataş”, Türkiyə) və Edanur Mutlu (“Gazikənt”, Türkiyə) iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə