Atletika üzrə idmançılarımız IV Balkan çempionatında iştirak edirlər
Fevralın 9-da Azərbaycanın gənc atletləri İstanbulda keçirilən 20 yaşadək idmançılar arasında IV Balkan çempionatında iştirak edirlər.
SİA-nın məlumatına görə, turnirdə ölkəmizi Əli Abdiyev, Teymur Salahzadə, Çingiz İsrafilov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər.
İdmançılarımız turnirdə qaçış (60 m, 400 m), tullanma (üçtəkanla, uzunluğa) və nüvəitələmə yarışlarında mübarizə aparırlar.
Qeyd edək ki, turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB