Riçard Almeyda yeni klubu “Baniyas”da ikinci oyununa çıxıb

Riçard Almeyda yeni klubu “Baniyas”da ikinci oyununa çıxıb

Millimizin üzvü Riçard Almeyda yeni klubu “Baniyas”da ikinci oyununa çıxıb.
SİA xəbər verir ki, onun komandası Birləşmiş Ərəb Əmirlikləri çempionatının 14-cü turunda “Acman”ın qonağı olub. Görüş “Baniyas”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan sabiq “Qarabağ”lı 76-cı dəqiqədə - hesab 4:1 olanda əvəzlənib.
Qeyd edək ki, “Baniyas” hazırda 17 xalla 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə