Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası ilk yoxlama oyununu keçirib. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Almaniya III Bundesliqa təmsilçisi "Çikau" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:4. Qeyd edək ki, "Keşlə" Antalyada növbəti yoxlama matçını yanvarın 22-də Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə