Azərbaycanın yeniyetmə qız şpaqaçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Cadet Circuit” turnirində iştirak ediblər. SİA-nın məlumatına görə, qılıncoynadanlarımızdan qrup mərhələsində 6 görüşdən 4-nü qalib başa vuran Azərin İdriszadə pley-offda Slovakiya idmançısına 15:7 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə Yunanıstan təmsilçisinə 8:15 hesabı ilə məğlub olub.
Qrupda keçirdiyi 6 görüşdən 2-ni qələbə ilə bitirən Alfiya Abdinova pley-offda fransalı rəqibinə 5:15 hesabı ilə uduzub. Qrup mərhələsində 1 qələbəsi olan Nazilə Rəhimova pley-offa yüksələ bilməyib.
Komanda yarışında isə şpaqaçılarımız Yunanıstanı təmsil edən kollektivə 41:42 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB