Yeniyetmə sabliyaçılarımız təlim-məşq toplanışındadır

Yeniyetmə sabliyaçılarımız təlim-məşq toplanışındadır

Azərbaycanın yeniyetmə sabliyaçıları Rusiyanın Novoqorsk şəhərindəki ikiqat Olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində təlim-məşq toplanışındadırlar. SİA-nın məlumatına görə, təlim-məşq toplanışında qılıncoynadanlardan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Zərifə Hüseynova məşqçi Cahangir Səfərov rəhbərliyi altında iştirak edirlər.

Qeyd edək ki, toplanış yeni mövsümə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə