Merih Demiral oyunlardan uzaqlaşıb

Merih Demiral oyunlardan uzaqlaşıb

“Yuventus”un müdafiəçisi Merih Demiral dizindən əməliyyat olunub. SİA-nın xəbərinə görə, klubun rəsmi saytında bildirilir ki, türkiyəli futbolçu meydana yalnız 6-7 aydan sonra dönəcək.

Bu isə o deməkdir ki, 21 yaşlı müdafiəçi Avropa çempionatında iştirak edə bilməyəcək. Xatırladaq ki, Merih A Seriyasının “Roma” ilə oyunumda qol vurandan bir neçə dəqiqə sonra zədələnərək meydanı tərk etmişdi.

Onun ötən ilin yayında 18 milyon avroya “Sassuolo”dan “Yuventus”a keçdiyini və bu mövsüm İtaliya çempionatında 4 oyunda çıxış etdiyini də vurğulayaq.

Bütün xəbərlər Facebook səhifəmizdə