İntizam Komitəsinin qərarları açıqlanıb AFFA

İntizam Komitəsinin qərarları açıqlanıb AFFA

AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb. SİA-nın məlumatına görə, 15 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Qəbələ” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Ülvi İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

14 dekabr 2019-cu il, Region Liqasının, “Mil” FK – “Ağsu Siti” matçının 35-ci dəqiqəsində “Mil” FK klubunun 7 №-li futbolçusu Emin Şirinov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

14 dekabr 2019-cu il, Region Liqasının, “İmişli” FK – “Araz” (Saatlı) matçının 70-ci dəqiqəsində “Araz” klubunun 18 №-li futbolçusu Elvin Bədirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

Oyunun 73-cü dəqiqəsində “Araz” klubunun 3 №-li futbolçusu Xəyal Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

15 dekabr 2019-cu il, Region Liqasının, “Qoşqar” UGİM-2 – “Şəki” FK matçının 49-cu dəqiqəsində “Qoşqar” UGİM-2 klubunun 11 №-li futbolçusu Məsim Ələkbərov rəqibə qarşı ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).

15 dekabr 2019-cu il, Region Liqasının, “Alyans” FK – “TST Astara” matçının 76-cı dəqiqəsində “Alyans” FK klubunun 8 №-li futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

15 dekabr 2019-cu il, Region Liqasının, “Şıxlar” (Qobustan) – “Neftçala” matçının 77-ci dəqiqəsində “Şıxlar” klubunun 17 №-li futbolçusu Rövşən Heydərov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

Oyunun 84-cü dəqiqəsində “Şıxlar” klubunun 9 №-li futbolçusu Raqif Şəbiyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

15 dekabr 2019-cu il, Region Liqasının, “Qardaşlar” – “Uğur” matçında “Qardaşlar” komandası iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

11 dekabr 2019-cu il, Region Liqasının, NDU – “Kəngərli” matçının 60-cı dəqiqəsində “Kəngərli” klubunun 11 №-li futbolçusu Mirəli Seyidov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 80-cı dəqiqəsində “Kəngərli” klubunun 74 №-li futbolçusu Orxan Rüstəmov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

11 dekabr 2019-cu il, Gənclər Liqasının, “Sumqayıt” – “Səbail” matçının 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Murad Rəhimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).

Oyunun 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Elçin Abbasovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Cəlal Cəbrayılov rəqibi qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).

11 dekabr 2019-cu il, Gənclər Liqasının, “Qarabağ” FK – “Zirə” FK matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun 11 №-li futbolçusu Nurəli Nurəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

“Qarabağ” klubunun baş məşqçisi Samir Musayev tribunadan hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 41.3).

13 dekabr 2019-cu il, U-16 Liqasının, “Mil-Muğan” – “İsgəndər Cavadov BFA” matçının 69-cu dəqiqəsində “Mil-Muğan” klubunun 11 №-li futbolçusu Rüfət Rəhimzadə rəqibi qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
15 dekabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, “Kəpəz” – “Keşlə” matçının 62-ci dəqiqəsində “Kəpəz” klubunun 6 №-li futbolçusu Nihad Qəribov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

08 dekabr 2019-cu il, U-14 Liqasının, “Neftçi” İK İB – “Zirvə” (Xırdalan) matçının 70-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 11 №-li futbolçusu Mahmud Quiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

14 dekabr 2019-cu il, U-14 Liqasının, “Məqsəd Kursları” – “Keşlə” matçında “Məqsəd Kursları” klubunun 90 №-li futbolçusu Xanmirzə Şıxəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

15 dekabr 2019-cu il, U-14 Liqasının, “Ağsu” – UGİM (Göyçay) matçının 51-ci dəqiqəsində “Ağsu” klubunun 5 №-li futbolçusu Əkbər Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

15 dekabr 2019-cu il, Coca Cola U-13 Liqasının, “TİM Gəncə” – “Kəpəz” matçının 50-ci dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Nicat Hacıyev ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.1).

14 dekabr 2019-cu il, Coca Cola U-13 Liqasının, “İsgəndər Cavadov BFA” – “Sahil Futbol Akademiyası” matçının 50-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 4 №-li futbolçusu Məhəmməd Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).

Oyunun 50-ci dəqiqəsində “Sahil Futbol Akademiyası” klubunun 4 №-li futbolçusu Səccad Vəlizadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).

Oyunun 50-ci dəqiqəsində “Sahil Futbol Akademiyası” klubunun 10 №-li futbolçusu Elmir Əkbərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).

15 dekabr 2019-cu il, U-12 Liqasının, 8 №-li İOEUGİM – “Səbail” matçının 50-ci dəqiqəsində 8 №-li İOEUGİM klubunun 10 №-li futbolçusu Bəhlul Fərzəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).

14 dekabr 2019-cu il, U-11 Liqasının, “Səbail” – EFA matçı başa çatdıqdan sonra EFA klubunun baş məşqçisi Tağı Məmmədovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).

30 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Amasiya” – “White City” matçında “White City” komandasanın heyətində yetər say limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

15 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Zirvə Bakı 2” – “Emin Spor” matçının 29-cu dəqiqəsində “Zirvə” klubunun 6 №-li futbolçusu Vüsal Nəsirovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

15 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Bədr FK Xocalı” – “Atletiko Baku” matçının 28-ci dəqiqəsində “Atletiko” klubunun 3 №-li futbolçusu Mahmud Şirəliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

Oyunun 30-cu dəqiqəsində “Atletiko” klubunun meneceri Zaur Səmədovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır (maddə 41.3).

13 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Xızı Yasamal” – “Baku Fire-2” matçının 20-ci dəqiqəsində “Baku Fire-2” klubunun 7 №-li futbolçusu Aslan Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 28-ci dəqiqəsində “Xızı Yasamal” klubunun 1 №-li futbolçusu Ali Aslanporzadeh sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 29-cu dəqiqəsində “Xızı Yasamal” klubunun 8 №-li futbolçusu Rəhman Ələkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 23-cü dəqiqəsində “Xızı Yasamal” klubunun rəhbəri Orxan Allahverdiyev öz komanda yoldaşına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.3).

13 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Forza Neftçi-2” – “Ajax Baku” matçının 30-cu dəqiqəsində “Forza Neftçi” klubunun 11 №-li futbolçusu Rəhman Cəfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).

14 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Qarabağ Füzuli” – ADBTİA matçının 30-cu dəqiqəsində ADBTİA klubunun 19 №-li futbolçusu Orxan Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

14 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Red Line” – “Baku Fans” matçının 27-ci dəqiqəsində “Red Line” klubunun 21 №-li futbolçusu Rasim Əhmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

13 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Zirvə Bakı” – “Çinar Cəbrayıl” matçında “Zirvə Bakı” komandasanın təyin olunan vaxtda meydanda olmamasına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

11 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Baku TFK” – “Xızı Futzal” matçının 11-ci dəqiqəsində “Baku TFK” klubunun 7 №-li futbolçusu Elvin Adışirinlinin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 27-ci dəqiqəsində “Xızı Futzal” klubunun 8 №-li futbolçusu Cəlaləddin Tağıyevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 25-ci dəqiqəsində “Baku TFK” klubunun baş məşqçisi Əli Hüseynovun texniki zona qaydalarının pozduğuna görə 1 oyun cəzalanır (maddə 61).

11 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Yasamal İSK” – “Araz” matçının 35-ci dəqiqəsində “Yasamal İSK” klubunun 13 №-li futbolçusu Namaz İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 37-ci dəqiqəsində “Araz” klubunun 7 №-li futbolçusu Ramiz Çovdarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

17 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Yasamal İSK-2” – “Red Line” matçının 15-ci dəqiqəsində “Red Line” klubunun 3 №-li futbolçusu Orxan Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

17 dekabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Baku Fire-2” – “Veqa” matçının 30-cu dəqiqəsində “Baku Fire” klubunun 22 №-li futbolçusu Elgün Rzayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

Oyunun 30-cu dəqiqəsində “Baku Fire” klubunun 15 №-li futbolçusu Əli Rəhmanov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).

Bütün xəbərlər Facebook səhifəmizdə