İlin son oyunları üçün təyinatlar açıqlanıb Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. SİA-nın məlumatına görə, ilin son turunun açılış matçı hesab olunan “Qarabağ” – “Keşlə” dueli Kamal Umudluya tapşırılıb.

Turun bağlanış qarşılaşmasında üz-üzə gələcək “Sabah” və “Neftçi” komandalarının matçını Rauf Cabbarov idarə edəcək.

6 dekabr (cümə)

19:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu, (“CBC Sport”/canlı)

8 dekabr (bazar)

15:00. “Zirə” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zirə İdman Kompleksinin stadionu (Pfl.az/canlı)

15:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena” (“CBC Sport”/canlı)

17:00. “Sabah” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena” (“CBC Sport”/canlı)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...