Azərbaycanın beynəlxalq dərəcəli hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. SİA-nın məlumatına görə, həmyerlimiz Çağırış kuboku yarışlarında mübarizə aparan Çexiyanın “Olimp” və Sloveniyanın “Calcit” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu rumıniyalı baş hakim Emil Mihai Rusinoiu idarə edəcək.
Turnirin 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də Çexiyanın Kladno şəhərində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB