Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək

Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək

Noyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək.

SİA-nın məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma oynanılacaq. İki əzəli rəqib “Neftçi” və “Qarabağ” klubları üz-üzə gələcək.

“Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Görüş “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Turun digər üç görüşü noyabrın 2-3-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə