İspaniyanın "Marça" qəzetinin və digər nəşrlərinin "Real"ın brazliyalı ulduzu Kakanın Kazanın "Rubin" futbol klubuna transfer olacağı barədəki informasiyaları futbol dünyasında yeni mövzu yaradıb. Siasport.az saytı xəbər verir ki, İspaniya mətbuatı xüsusi ilə rus klubunun 28 yaşlı ulduz futbolçunun transferi üçün irəli sürdüyü 45 milyon avrluq təklifin "Real" tərəfindən müsbət qarşılandığı barədə yazılar dərc edir.
Amma bu gün "Real Madrid"in rəsmi internet saytı, bu xəbərlərin şayiədən başqa bir şey olmadığını və Kakanın hələ uzun illər kral klubunda futbol həyatına davam edəcəyi barədə rəsmi məlumat yayıb.
Məlumatda deyilir ki. Kaka "Real"ın transferə çıxaracağı futbolçular arasında yer almır və klub rəhbərliyi onun futbol fəaliyyətini yüksək qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB