Azərbaycan və Mərakeş gənclərinin gələcək əməkdaşlığı nazirlər arasında müzakirə olunacaq. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Mərakreş Krallığının gənclər və idman naziri Munsif Bəlxeyyatın dəvəti ilə həmin ölkəyə səfərə yollanıb.
28 fevral tarixindən başlanan səfər çərçivəsində Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi, müxtəlif görüşlər və eyni zamanda bir sıra idman obyektlərinin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun Mərakeş Krallığına səfəri 3 mart 2011-ci il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB