Taekvondoçularımız Avropa çempionatında uğurla çıxış edirlər.

Taekvondoçularımız Avropa çempionatında uğurla çıxış edirlər.

Yeniyetmə idmançıların ardından gənc taekvondoçularımız da bu gün İspaniya yollanıblar. SİA-nın məlumatına görə, 4 oktyabr tarixində Marina Dor şəhərində startı veriləcək Avropa birinciliyinnə komandamız 14 (9 oğlan 5 qız) idmançı ilə təmsil olunur.

Yarışda iştirak edən komandamızın altı üzvü mübarizəyə qatılıb. Artıq qitə birinciliyində uğurlu çıxış edən millimizin üzvlərindən üçü medala sahib olub. Belə ki, 29 kq çəki dərəcəsində yarışa qatılan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (41 kq) artıq finala, Şamil Mirzəyev (33 kq) isə yarımfinala vəsiqəni təmin ediblər. Digər idmançılarımızdan Fatimə Həsənova (37 kq), Nihat Məmmədzadə (37 kq) və Kənan Əmiraslanov (45 kq) yarışı müxtəlif mərhələlərdən dayandırmalı olublar.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun sərəncamında olan gənc oğlanlardan Xanmurad Süleymanov (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Eltac Qafarov (63 kq), Cavad Ağayev (68 kq), Taleh Süleymanov (78 kq) və Vüsal Balaqadaşov (78 yuxarı) dayanaq üzərinə çıxacaq. Qızlardan isə Səidə Əliyeva (42 kq), Ofeliya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq) və Qönçə Hüseynova (55 kq) mübarizəyə qatılacaq. Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi yarışlarda təmsil edəcək. Avropa birinciliyinə 6 oktyabrda yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə