Sentyabrın 23-də Milan şəhərində “Best FIFA Football Awards 2019” çərçivəsində ilin ən yaxşı baş məşqçisi açıqlanıb.
SİA-nın məlumatına görə, FIFA versiyası üzrə bu ada İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yürgen Klopp layiq görülüb.
FIFA-nın “ən yaxşı məşqçi” mükafatına iki ingilis klubunun çalışdırıcıları – Pep Qvardiola (“Mançester Siti”) və Maurisio Poçettinonu (“Tottenhem”) iddia edirdilər.
Y.Klopp 2015-ci ildən “Liverpul” klubunu çalışdırır. O, klub ilə 2016-cı ildə UEFA Çempionlar Liqasının finalçısı, 2018-ci ildə isə qalibi olub. Almaniyalı məşqçi, həmçinin “Borussiya Dortmunt” və “Maynz” klublarında çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB