Messi məğlubiyyətdən sonra qəzəblənib

Messi məğlubiyyətdən sonra qəzəblənib

“Barselona"nın kapitanı Lionel Messi komanda yoldaşlarına əsəbiləşib. İspaniya mətbuatının yazdığına görə, o, La Liqasının 5-ci turunda "Qranada"ya uduzduqları (0:2) görüşdə "Barselona"nın futbolçularının oyunundan narazı qalıb. Argentinalı hücumçu matçdan sonra paltardəyişmə otağında komanda yoldaşları ilə kobud şəkildə danışaraq onlardan zəif oyun görə izahat istəyib.

Messi özü fasilədən dərhal sonra meydana daxil olub. O, zədəsini yeni sağaldıb. Argentinalı futbolçu mövsümün əvvəlini isə məcburiyyətdən buraxmalı olub. Qeyd edək ki, “Barselona” La Liqada 5 oyuna 7 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə