“Formula 1” üzrə Sinqapur Qran-prisi mane ilə üzləşib

“Formula 1” üzrə Sinqapur Qran-prisi təxirə salına bilər. SİA-nın məlumatına görə, buna səbəb İndoneziyadakı meşə yanğınlarıdır. Bildirilir ki, yarışın keçirildiyi ərazini tüstü bürümə ehtimalı realdır.

Hazırda havanın çirklənmə səviyyəsi ciddi həddə çatıb.

Qeyd edək ki, təqvimə əsasən, Sinqapur Qran-prisi 20 – 22 sentyabrda keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə