Serbiya millisi voleybol üzrə Avropa çempionatının finalına çıxıb
Sentyabrın 7-də Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.
SİA xəbər verir ki, finala vəsiqə uğrunda ilk görüşdə Serbiya millisi İtaliya ilə qarşılaşıb. Ankara şəhərində keçirilən görüş Serbiya voleybolçularının 3:1 (25:22, 25:21, 21:25, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Onların Avropa çempionu uğrunda rəqibi bu gün keçiriləcək Türkiyə və Polşa yığmalarının görüşündə müəyyənləşəcək.
Xatırladaq ki, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstanı 3:0, İtaliya seçməsi Rusiyanı 3:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, qitə çempionatının C qrupunda mübarizə aparmış millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.
Yarışların final matçı Türkiyədə təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşmışdı.
Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB