"Qarabağ" UEFA Avropa Liqasının qrupunda

"Qarabağ" UEFA Avropa Liqasının qrupunda

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq. SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsi edən "Qarabağ" da cavab matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edib. Səfərdə gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə 2:1 hesablı qələbə qazanıb. Beləliklə, "Qarabağ" beşi Avroliqada, biri isə Çempionlar Liqasında olmaqla ardıcıl 6-cı dəfə qrup mərhələsində oynayacaq.

29 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

"Qarabağ" (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) - 2:1

Qol: Xayme Romero, 6 (1:0), Abdullah Zubir, 89 (2:0), Şeyn Leyveri, 90+2 (2:1)

Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə