Azərbaycan UEFA reytinqində irəliləyib

Azərbaycan UEFA reytinqində irəliləyib

Avrokubokların III təsnifat mərhələsinin ilk oyunları başa çatıb. SİA-nın xəbərinə görə, Avropa Liqasında daha 32 qarşılaşma baş tutub.

Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb. Siyahıda bəzi yerdəyişmələr baş verib. Çexiya Danimarkanı keçərək 13-cü pilləni geri qaytarıb. Üç pillə irəliləyən Litva Albaniya, Şimali Makedoniya və Latviyanın geriləməsinə səbəb olub. Lüksemburq isə İrlandiya və Moldovanı arxada qoyub.

Azərbaycanın xal hesabı artıb. Öz meydanında İsrail “Bney Yehuda”sı ilə məhsuldar heç-heçə (2:2) edən “Neftçi” ölkənin aktivinə 0,125 xal qazandırıb. Bununla da mövsümün qazancı 2,125 xala çatıb. “Neftçi” 1,125, “Qarabağ” 1,000 xal qazanılmasında pay sahibi olub.

Ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinqdə 17,500 xala malikdir. Cədvəldə 26-cı olan Azərbaycan Qazaxıstandan 0,750 xal geri qalır, Polşanı 1,250 xal qabaqlayır.

Qeyd edək ki, cədvələ 86,069 xala malik İspaniya başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə