Ölkəmizdə növbəti beynəlxalq turnir keçirilib. Sərhədçi İdman Olimpiya Kompleksində Braziliya Ciu-Citsu döyüşü üzrə yarış reallaşıb. Turnirə 13 ölkənin 172 idmançısı mübarizə aparıb. SİA-nın xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov belə bir turnirin ölkəmizdə keçirilməsini böyük uğur kimi dəyərləndirib. Qurumun rəhbəri həmçinin, bundan sonra da Azərbaycanın idman arenasında tanınması üçün əllərindən gələni edəcəklərini deyib.
Turnirdə ölkəmizi 40-a yaxın idmançı təmsil edib. Ən çox xal toplayan seçməmiz komanda hesabında yarışı birinci yerdə bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB