Arif Əsədov: "Risk edib Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclərə şans verdim"-AÇIQLAMA
""Neftçi" - "Xəzər Lənkəran" oyunu ətrafında böyük atmosfer var idi. Düşünürəm ki, görüşün gedişindən hamı razı qaldı". Siasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 20-ci turunun "Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. O, belə oyunların ölkə çempionatının səviyyəsini qaldırdığını vurğulayıb. Baş məşqçi oyuna çıxardığı heyətdən danışıb: "Risk edib Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclərə şans verdim. Onlar isə belə oyunlara hazır olduqlarını sübuta yetirdilər. Rəqibə gəlincə, "Xəzər Lənkəran" komplektləşmiş, güclü komanda təsiri bağışladı. Onlar liderliyə layiq komanda olduqlarını sübut etdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə