Rus klubu Georgi Hacının oğluna "elçi düşüb"

Rus klubu Georgi Hacının oğluna "elçi düşüb"

Moskva "Spartak"ı Georgi Hacının oğlu Yanis Hacının transferilə ilə bağlı klubu "Vitorul"la danışıqları davam etdirir. Rusiya mətbuatının yazdığına görə, tərəflər hələlik təzminat məsələsində ortaq məxrəcə gələ bilmirlər. Ruslar 20 yaşlı pleymeyker üçün 8 milyon avro təklif edir. Rumınlar isə 12 milyon istəyirlər. Transferin əsas təşəbbüskarı "Spartak"ın baş məşqçisi Oleq Kononovdur. Mütəxəssis gənc yarımmüdafiəçini sərəncamında görmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə