“Lokomotiv” Rusiya superkubokunun qalibidir

“Lokomotiv” Rusiya superkubokunun qalibidir

Rusiya Superkubokunun qalibi müəyyənləşib.

SİA xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "Zenit"lə ölkə kubokunun son qalibi "Lokomotiv" üz-üzə gəlib.

Moskvadakı "VTB Arena"da keçirilən matçda "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı paytaxt təmsilçisi 3:2 hesablı qələbə qazanaraq, Superkuboka sahib çıxıb.

Qeyd edək ki, bu, "Lokomotiv"in Superkubokda 3-cü qələbəsidir. Moskvalılar bundan əvvəl 2008 və 2015-ci illərdə də "Zenit"i məğlub edərək bu titula yiyələniblər.


Rusiya Superkuboku

6 iyul

"Zenit" - "Lokomotiv" - 2:3
Qollar: F. Smolov, 6 (0:1), S.Azmun, 45 (1:1), 52 (2:1), A. Mirançuk, 78 (2:2), 81 (2:3)

Bütün xəbərlər Facebook səhifəmizdə