Azərbaycan II Avropa oyunlarında dördüncü qızıl medalı qazanıb

Azərbaycan II Avropa oyunlarında dördüncü qızıl medalı qazanıb

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında boksçuların final döyüşləri keçirilir.

SİA xəbər verir ki, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes də həlledici döyüşünə çıxıb.

Bu, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin “Ureçye Arena”da beşinci qarşılaşması olub. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən boksçumuz finalda böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da Dominqes II Avropa oyunlarının öz çəkisində çempionu adına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə