Karateçilərimiz Premyer Liqa turnirində mübarizə aparırlar

Karateçilərimiz Premyer Liqa turnirində mübarizə aparırlar

Çinin Şanxay şəhərində Karate 1 Premyer Liqa turniri start götürüb. SİA-nın məlumatına görə, mötəbər yarışda Azərbaycanı Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (68 kq) təmsil edirlər.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçi Qurban Tağıyev, yarışı idarə edən referilər arasında yer alan beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimovun da daxil olduğu nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir.

Milli komandamız iyunun 11-ə Bakıya dönüb ikinci Avropa Oyunlarına hazırlığı davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə